"Qarabağ"ın heyətə cəlb edəcəyi nigeriyalıların adları məlum oldu
“Qarabağ”ın akademiyaya cəlb edəcəyi nigeriyalı futbolçuların adları məlum olub.
"Mediasport" xəbər verir ki, bunlar Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetorodur.
Hər iki afrikalı 2008-ci il təvəllüdlüdür. Onlardan biri hücum, digəri müdafiəçi mövqeyində oynayır.
İstedadlı gənclərin Azərbaycana bugünlərdə gələcəyi gözlənilir.
Xatırladaq ki, “Qarabağ” Futbol Akademiyasının məqşçilər heyəti bu yaxınlarda Nigeriyaya səfər edərək orada keçirilən “Obasa Cup” turnirini izləyib.
