"Turan Cup 2025": "Qarabağ" ilk matçda qələbə qazandı - VİDEO

"Turan Cup 2025": "Qarabağ" ilk matçda qələbə qazandı - VİDEO

Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında "Turan Cup 2025" futbol turnirinə start verilib.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası ilk qarşılaşmada qələbə qazanıb.

Təmsilçimiz Qazaxıstanın "Kaspiy" klubunu 2:0 hesabı ilə məğlub edib.

"Qarabağ"ın vurduğu qolların müəllifi Həsən Mürşüdzadə və İbrahim Rza olub.

Emin Abbasov "matçın ən yaxşı futbolçusu" mükafatına layiq görülüb.