"Qarabağ"ın UEFA Çempionlar Liqasında rəqibi müəyyənləşir

Sabah UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.
"Mediasport" xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli klub turnirində təmsil edəcək "Qarabağ"ın da rəqibi məlum olacaq.
Azərbaycan çempionu yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.
Ağdam klubu püşkatmada “səpələnmişlər” səbətində yer alacaq.
Təmsilçimizin mümkün rəqibləri “Pafos” (Kipr), “Riyeka” (Xorvatiya), həmçinin 1-ci təsnifat mərhələsində qarşılaşacaq cütlüklərin qaliblərindən biri, yəni “Jalgiris” (Litva), RFS (Latviya), “Zrinski” (Bosniya və Herseqovina), “Linkoln Red İmps” (Cəbəllütariq), KUPS (Finlandiya), TNS (Uels), “Drita” (Kosovo), “Breydablik” (İslandiya), “Linfild” (Şimali İrlandiya) və “Buduçnost” (Monteneqro) kollektivlərindən biri ola bilər.
"Köhlən atlar"ın 2-ci raundda oyunları iyulun 22/23 və 29/30-u tarixlərinə təsadüf edəcək.
Püşkatma mərasimi sabah Bakı vaxtilə saat 14:00-da başlanacaq və "CBC Sport" vasitəsilə canlı yayımlanacaq.