"Neftçi"dən növbəti transfer - Nigeriyalı hücumçu Bakıya gəldi
"Neftçi" heyətini daha bir legionerlə gücləndirməyə hazırlaşır.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi Adeleke Akinyemi ilə anlaşıb.
Finlandiyanın "Qnistan" klubunun hücumçusu son mərhələ üçün Bakıya səfər edib.
Nigeriyalı forvard tibbi yoxlanışdan uğurla keçsə, tərəflər arasında müqavilə bağlanacaq.
Finlandiyada "İlves"də də oynamış 28 yaşlı afrikalı karyerası ərzində "Şkenderbeu" (Albaniya), "Trepçe" (Kosovo), "Ventspils" (Latviya), "Start", "HamKam" (hər ikisi Norveç), "Laçi" (Albaniya) və "Karvina"da (Çexiya) forma geyinib.

