Azərbaycan yığması Avropa çempionatında yarımfinala çıxdı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ikinci oyununu keçirib.
"Mediasport" xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Litva yığması ilə qarşılaşıb.
İtaliyanın Viareccio şəhərində baş tutan görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu Kamran Qürbətov vurub.
Beləliklə, qrupda ikinci yeri tutan millimiz yarımfinala vəsiqə qazanıb.
Sentyabrın 13-də keçiriləcək yarımfinal görüşündə komandamız Rumıniya yığması ilə qarşılaşacaq.