"Qalatasaray"dan ayrılan millimizin futbolçusu Gürcüstana yollandı
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Kristina Bakarandzenin yeni iş yeri məlum olub.
"Mediasport" xəbər verir ki, yığmamızın vingeri karyerasını Gürcüstanda davam etdirəcək.
"Qalatasaray"dan ayrılan 27 yaşlı yarımmüdafiəçi "Nike Lusso" klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, bütün aşağı yaş qrupu üzrə millilərimizdə oynamış Bakarandze 2019-cu ildən əsas yığmada çıxış edir.
O, A millidə 25 oyuna 3 qol vurub.
