"Real" Almaniya səfərində, "Arsenal" "Sportinq"i qəbul edir

"Real" Almaniya səfərində, "Arsenal" "Sportinq"i qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində qalan iki görüş baş tutacaq.

Bununla da turnirin bütün yarımfinalçıları müəyyənləşəcək.

Ötən həftə Portuqaliyada "Sportinq" üzərində minimal hesablı qələbə qazanan "Arsenal" doğma Londonda meydana çıxacaq.

Madriddə keçirilən ilk dueldə "Bayern"ə uduzan turnirin əsas favoriti "Real" almanlarla Münhendə üz-üzə gələcək.

Xatırladaq ki, digər cütlərdə PSJ "Liverpul"u, "Atletiko" isə "Barselona"nı mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb.


UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


23:00 "Bayern" (Almaniya) - "Real" (Madrid, İspaniya)

(ilk oyun - 2:1)

23:00 "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

(ilk oyun - 1:0)