Dadaşov Polşa klubu ilə vidalaşdı: "Birlikdə möhtəşəm vaxt keçirdik"

Dadaşov Polşa klubu ilə vidalaşdı: "Birlikdə möhtəşəm vaxt keçirdik"

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubu ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Təşəkkürlər, “Radomyak”. Klub üçün ən yaxşısını arzulayıram. Birlikdə möhtəşəm vaxt keçirdik".

Qeyd edək ki, Renat Dadaşov Radom klubuna bu ilin fevralında Türkiyənin "Ankaragücü" klubundan transfer edilmişdi.

O, "Radomyak"ın heyətində 12 oyuna 2 qolla yadda qaldı.