Polşadan ayrılan milli üzvü Azərbaycan klubuna keçdi

Polşanın "Radomiak" klubundan ayrılan Rahil Məmmədov yenidən Azərbaycanda oynayacaq.
"Mediasport" xəbər verir ki, millimizin 30 yaşlı müdafiəçisi “Araz-Naxçıvan”la anlaşıb.
Bu barədə Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov məlumat verib.
Xatırladaq ki, Polşada LKS-də də forma geyinmiş Rahil daha əvvəl Azərbaycanda “Qarabağ”, “Zirə” və “Səbail”də çıxış edib.