Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 təmsilçisi xalça üzərinə çıxıb.
Olimpiya çempionu Hidayət Heydərov (73 kq), Kamran Süleymanov (73 kq) və Südabə Ağayevə (70 kq) mübarizə aparıblar.
Yalnız Hidayət Heydərov medal qazana bilib. Dünya və Avropa çempionu yarışda bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl medal qazanıblar, Rəşad Yelkiyev (66 kq) bürünc mükafatçı olub.

