"Neftçi" hakim idarəçiliyi ilə bağlı etiraz videosu hazırladı - ŞƏRH

 "Neftçi" hakim idarəçiliyi ilə bağlı etiraz videosu hazırladı -  ŞƏRH

“Neftçi” Premyer Liqanın 3-cü turunun “Turan Tovuz”la ev oyununda hakim idarəçiliyindən narazı qalıb.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi baş hakim Əliyar Ağayevin bəzi qərarlarının yanlış olduğunu iddia edir.

"Ağ-qaralar" bir neçə epizodla bağlı türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelin münasibətini öyrənib.

“Neftçi”nin mətbuat xidməti bununla bağlı videomaterial hazırlayıb.

Bitnel 55-ci dəqiqədə İqor Ribeyroya göstərilən qırmızı vərəqə, 21-ci dəqiqədə Bassala Sambunun rəqibin cərimə meydançasında yerdə qaldığı və 11-ci dəqiqədə İmad Faraja qarşı epizodu dəyərləndirib.

Hakim səhvlərinə etirazını bildirən "Neftçi" ötən mövsüm yanlış hakim qərarlarından əziyyət çəkdiyini dilə gətirərək eyni səhvlərin təkrarlanmasını istəmədiyini açıqlayıb.

Bununla əlaqədar olaraq “Neftçi”nin AFFA və PFL-ə müraciət ünvanlayacağı da gözlənilir.