Rövşən Nəcəfdən təbrik mesajı

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
"Mediasport" xəbər verir ki, milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında aşağıdakı sözləri yazıb:
"Qarabağ" futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm".