"Şamaxı" "Qarabağ"ı qəbul edir, Masazırda prinsipial görüş

"Şamaxı" "Qarabağ"ı qəbul edir, Masazırda prinsipial görüş

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün sonuncu turunun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, 36-cı turun ikinci oyun günündə iki matç baş tutacaq.

Çempionluğu təmin edən "Qarabağ" Şamaxıda meydana çıxacaq, Masazırda isə 5-6-cı pillənin sahibləri müəyyənləşəcək.

Turun açılış qarşılaşmasında çempionatı tərk edəcəyi dəqiqləşən "Səbail" "Sumqayıt"a böyük hesabla (1:4) uduzub.

Mövsümə sabah yekun vurulacaq.

Xatırladaq ki, Premyer Liqada "Qarabağ"ın mövsümü çempion, "Zirə"nin gümüş, "Araz-Naxçıvan"ın isə bürünc medallarla başa vuracağı dəqiqləşib.

"Qəbələ", "İmişli" və "Karvan" elitaya yüksəliblər, yeni mövsüm liqada 12 komanda mübarizə aparacaq.


Azərbaycan Premyer Liqası. 36-cı tur


23 may (cümə)

“Səbail” – “Sumqayıt” 1:4

Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

“ASCO Arena”, 19:30


24 may (şənbə)

“Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı şəhər stadionu, 17:00


“Sabah” – “Neftçi”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə,

AVAR: Kamran Bayramov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elgiz Abbasov

“Bank Respublika Arena”, 19:30


25 may (bazar)

“Turan Tovuz” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu, 17:00


“Araz-Naxçıvan” – “Zirə”

Hakimlər: Cavid Cəlilov, Elşad Abdullayev, Eyyub İbrahimov, Əli Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Liv Bona Dea Arena”, 19:30