Azər Bağırov: "Niyə bilmirəm, amma qələbəyə inanırdım"

Azər Bağırov: "Niyə bilmirəm, amma qələbəyə inanırdım"

"Həm biz, həm də azarkeşlər üçün maraqlı oyun alındı. Niyə bilmirəm, amma qələbəyə inanırdım".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun 1/8 final mərhələsini "Araz-Naxçıvan"la oyunu haqda danışıb.

O, əlavə vaxtda qazanılan qələbəni belə şərh edib:

"Rəqib haqqında çox danışmışdıq, bilirdik ki, səhvsiz oynasaq, qalib gələ bilərik.

Müdafiədə yaxşı oynadıq və vacib qələbə qazandıq. Hakimlik bu gün normal idi. Yalnız qalib gəldiyimiz üçün yox, ümumilikdə razı qaldım. Səhvlər olur, amma onlardan qaçmaq mümkün deyil".

Xatırladaq ki, Gəncə təmsilçisi 1:0 hesablı qalibiyyətlə 1/4 finala yüksəlib.