"Sabah"dan kuboku qazanan futbolçulara fantastik mükafat

"Sabah"dan kuboku qazanan futbolçulara fantastik mükafat

Tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olan "Sabah" futbolçularına yüksək məbləğdə mükafata layiq görülüblər.

Klubdan "Mediasport"a verilən məlumata görə, rəhbərlik "Qarabağ" üzərində qələbəyə görə 350 min manat "premya" təyin edib.

Final matçında meydana çıxanlar 100, oyuna sonradan daxil olanlar 70, ehtiyatda qalanlar isə adambaşına düşən mükafatın 50 faizini əldə edəcəklər.

Xatırladaq ki, Masazır təmsilçisi əlavə vaxt qolu ilə "Qarabağ" üzərində 3:2 hesablı qələbə qazanıb.