"Nəticə çıxaracağıq ki, bir daha vəziyyət bu yerə gəlib çıxmasın"

"Nəticə çıxaracağıq ki, bir daha vəziyyət bu yerə gəlib çıxmasın"

"Yaxşı axşam oldu. Belə oyunlar Azərbaycan çempionatının səviyyəsini yüksəldir. Hər iki komanda intensiv oynayırdı, qapılara zərbələr gedirdi".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Vitali Vernidub deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 28-ci turunun "Zirə" ilə oyunu haqda danışıb, 1:1 hesablı bərabərliyi şərh edib:

"Düşünürəm ki, azarkeşlər üçün də maraqlı oyun oldu. Bununla belə, üstünlük əsasən bizim tərəfimizdə idi, yalnız bəzi hallarda “Zirə” vəziyyəti bərabər səviyyəyə gətirə bilirdi.

Məşqçilər heyətimizlə danışdım, onların da fikrincə, bizim üçün taktiki, fiziki, eyni zamanda, mənəvi baxımdan yaxşı oyun alındı.

Futbolçularımız çox gözəl oyun nümayiş etdirdilər. Hətta hesabda önə keçəndən sonra da tempi belə saxlaya bildilər.

Onlardan əsas istəyimiz budur ki, həmişə belə – “Neftçi”yə layiqli şəkildə oynasınlar. Son dəqiqələrdə yaşananlara gəlincə, araşdırıb özümüz üçün nəticələr çıxaracağıq ki, bir daha vəziyyət bu yerə gəlib çıxmasın”.


Buraxdığınız qol epizoduna baxdınız? Son dəqiqələrdə nə baş verdi?

- Son dəqiqələr haqda danışmaq istəmirəm. 

Meydana daha ağır, ləng olan Vensan Abubakarı yox, başqa, sürətli hücumçu buraxa bilməzdiniz?

- Bu cür də yanaşmaq olar. Amma biz istəyirdik ki, irəlidə topu saxlayaq, digərlərinə ötürmələr versin. Abubakarı buna görə meydana buraxmışdıq. Üstəlik, standart vəziyyətlərdə də bizə kömək edə bilərdi. "Zirə" bu durumlarda da yaxşıdır. Kim oynadısa, hamısı yüksək səviyədə oynadı.