AFFA azarkeşləri söyən və döymək istəyən "Mingəçevir" klubunun futbolçularını ağır cəzalandırdı

AFFA azarkeşləri söyən və döymək istəyən "Mingəçevir" klubunun futbolçularını ağır cəzalandırdı

AFFA İntizam Komitəsi 1-ci Liqada yarışan "Mingəçevir" klubu və bir neçə futbolçusuna ağır cəza kəsib.

"Mediasport" xəbər verir ki, əyalət təmsilçisinin hücumçusu Amil Yunanov 25-ci turun "Şahdağ Qusar"a qarşı keçirilən matçından sonra azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, komandası 3000 manat cərimə edilib.

Onun komanda yoldaşı Elnur Mirzəyev görüş başa çatdıqdan sonra rəqibə qarşı şifahi və ya qeyri-şifahi təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun oyunluq cəzalandırılıb, bölgə təmsilçisi 1200 manat cərimələnib.

Bundan başqa, "Şahdağ Qusar"ın heyətində 4, "Mingəçevir"də isə 6 futbolçu sarı vərəqə aldığı üçün hər iki komanda ayrılıqda 210 manat cərimə ödəməli olacaq.

Eyni turda "Zaqatala" və "Səbail" komandalarının futbolçuları - İlkin Qırtımov və Ruslan Voronsov qeyri-etik ifadə və hərəkətlərə görə birbaşa qırmızı vərəqə alıblar.

Nəticədə hər iki oyunçu 3 oyunluq diskvalifikasiya olunub, klubları isə ümumilikdə 2400 manat cərimələnib.