"Sabah"ın UEFA Avropa Liqası matçlarının hakimləri açıqlandı

"Sabah"ın UEFA Avropa Liqası matçlarının hakimləri açıqlandı

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sabah"ın 1-ci təsnifat məhələsində Sloveniyanın "Selye" kollektivi ilə keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, iyulun 10-da Bakıda baş tutacaq ilk görüşü Qazaxıstandan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Daniyar Saxiyə Samat Terqeussizov və Sergey Klaçyo köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR-da fransalı Bastyen Deçepi, AVAR-da isə Aidin Tassabayev iş başında olacaq.

İyulun 17-də Sloveniyada, Bakı vaxtilə saat 22:00-da başlanacaq cavab dueli bolqarıstanlı hakimlərə tapşırılıb.

Draqomir Draqanov baş hakim, yan xətdə Xristo Hacıyiski və Krasimir Atanasov, dördüncü hakim kimi isə Martin Zivkov Velikov işləyəcək.

VAR-da Vasimir El-Hatib, AVAR-da Volen Çinkov əyləşəcək.