"Bu hekayənin sonu necə bitər, bilmirəm, amma..." - Cəfərquliyev

"Bu hekayənin sonu necə bitər, bilmirəm, amma..." - Cəfərquliyev

"Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə, hamıya təşəkkür edirəm. Çox çətin oyun oldu. Şükürlər olsun ki, bu matçı da qələbə ilə başa vurduq".

"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.

UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci turunun dünən Bakıda keçirilmiş "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçının ən yaxşı oyunçusu seçilən müdafiəçi təəssüratlarını bölüşüb, 2:0 hesablı qələbəni şərh edib:

“Hər oyun meydana çıxıb yalnız qələbə qazanmaq istəyirik. Bu hekayənin sonu necə bitər, bilmirəm, amma çox qürurluyam. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".

Qeyd edək ki, aktivində 6 xalı olan Ağdam klubu Liqa mərhələsində 6 xalla 6-cı pillədə qərarlaşıb. Komandamızın növbəti görüşü oktyabrın 22-də İspaniyada “Atletik”ə (Bilbao) qarşı olacaq.