"Sabah"ın Çempionlar Liqasında rəqibi müəyyənləşir - YENİLƏNİR

"Sabah"ın Çempionlar Liqasında rəqibi müəyyənləşir - YENİLƏNİR

Yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Sabah"ın rəqibi bu gün müəyyənləşəcək.

"Mediasport" xəbər verir ki, birinci təsnifat mərhələsinin püşkatması İsveçrənin Nyon şəhərində baş tutacaq.

UEFA-nın mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Püşkatmada səpələnməmişlər sırasında yer alacaq təmsilçimizin potensial rəqiblərinin sayı 7-yə düşüb:

"Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Linkoln" (Cəbəllütariq), "Larne" (Şimali İrlandiya), "Riqa" (Latviya), "Flora" (Estoniya), TNS (Uels).

Raundun matçları 7-8 iyul və 14-15 iyul tarixlərində keçiriləcək.