Millimizin AÇ rəqiblərinin qarşılaşmasında sensasiya
Azərbaycanın U-21 milli komandasının AVRO-2027-nin seçmə mərhələsində yer aldığı B qrupunda sensasiya qeydə alınıb.
"Mediasport" xəbər verir ki, gözlənilıməz nəticə Bolqarıstan - Portuqaliya görüşündə reallaşıb.
Aşkar favorit olan portuqallar rəqiblərinə uduzublar - 1:2.
Pireneylilər hazırda 8 turdan sonra 19 xalla qrupda liderdirlər.
3-cü olan Bolqarıstan yığmasının aktivində 14, 7-ci sırada qərarlaşmış Azərbaycanın 7 xalı var.

