Azərbaycan idmançısı reytinq yarışında gümüş medal qazandı

Azərbaycan idmançısı reytinq yarışında gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançımız yalnız finalda uduzaraq gümüş medal qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Zeynalov ardıcıl olaraq Qazaxıstan, Özbəkistan və Taylanddan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Qeyd edək ki, turnir Los Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.