Azərbaycan taekvondoçuları Qazaxıstan turnirlərinə qatılacaq

  Azərbaycan taekvondoçuları Qazaxıstan turnirlərinə qatılacaq

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanda keçiriləcək 2 turnirdə mübarizə aparacaq.

"Mediasport" xəbər verir ki, idmançılarımız öncə Astanada "Altay" Taekvondo Çempionatında və "Kazakhstan Open" beynəlxalq turnirində iştirak edəcəklər.

Komanda yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, milli komandanın məşqçiləri Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Gənclərdən ibarət milli komandanın heyətində Zəhra İsayeva, Humay Dadaşova (hər ikisi 44 kq), Nilufər Borci (49 kq), Novruz Əliyev (55 kq), Adil Kazımlı (73 kq) və İsrafil Nəcəfov (78 kq) yer alıblar.

Böyüklərdən ibarət milli komandanın heyətində Minayə Əkbərova (46 kq), Qaşim Maqomedov (63 kq), Vasif Səlimov (68 kq), Cavad Ağayev (74 kq), Elcan Əliyev (80 kq) və Eltac Qafarov (+87 kq) mübarizə aparacaq.

Yarışlarda beynəlxalq dərəcəli referilər Gündüz Abdullayev, Aygül Abdullayeva və Ramal Camalov ölkəmizi hakim qismində təmsil edəcəklər.