Yeniyetmə taekvondoçularımız BƏƏ turnirində 6 medal qazandılar

Azərbaycanın yeniyetmə taekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” turnirində 6 medal qazanıblar.
Mediasport.com.az xəbər verir ki, mükafatlardan 2-si qızıl, 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Elmira Bayrak (41 kiloqram) və Fuad Həsənov (+65 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Fidan Muxtarzadə (29 kiloqram) ikinci, Mədinə Aslanlı (29 kiloqram), Rüqəyya Əliyeva (33 kiloqram) və Elmir Səlimov (53 kiloqram) üçüncü yeri tutublar.