Pley-off mərhələsinin iştirakçıları müəyyənləşdi - Tələbə Liqası

Pley-off mərhələsinin iştirakçıları müəyyənləşdi - Tələbə Liqası

Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümündə II dövrənin qrup oyunları başa çatıb.

"Mediasport" xəbər evrir ki, liqanın pley-off mərhələsində Azərbaycan İdman Akademiyası ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti ilə Bakı Mühəndislik Universitetinin komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və AFFA-nın dəstəyi ilə keçirilir.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkarlanması, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.

On iki ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa may ayında yekun vurulacaq.