Miroslav Kloze Mahir Emreli ilə təkbətək danışıb: "Ona dedim ki..."

Miroslav Kloze Mahir Emreli ilə təkbətək danışıb: "Ona dedim ki..."

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”in baş məşqçisi Miroslav Kloze Azərbaycan yığmasının futbolçusu Mahir Emreli haqda danışıb.

"Mediasport" xəbər verir ki, mütəxəssis son iki tur oyununda adını iştirak ərizəsinə salmadığı forvardla söhbət etdiyini bildirib.

Kloze deyib ki, əsas heyətə dönmək üçün hər şeyin Mahirin özündən asılıdır:

“Məşqdə onu heç nəyə görə günahlandıra bilmərəm. Mahirə dedim ki, başqaları kimi, o da istənilən vaxt oynamaq istədiyini göstərə bilər. Sadəcə, mənim bunu hiss etməyim lazımdır”.

Qeyd edək ki, "Nürnberq"ə yayda transfer edilən Emreli Almaniya klubunda 15 oyun keçirib, 3 qol vurub.