Toral Bayramovlu "Bursaspor" səfərdə qələbə qazandı - VİDEO

Toral Bayramovlu "Bursaspor" səfərdə qələbə qazandı - VİDEO

Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Toral Bayramovun formasını geyindiyi “Bursaspor” “Manisa”nın qonağı olub.

"Əjdahalar" son dəqiqə qolu ilə səfərdən 3 xalla ayrılıblar.

Bayramov meydana ikinci hissədə daxil olub. O, sarı vərəqə ilə "fərqlənib".

16 xalla lider olan "Batman Petrolspor"dan 1 xal geri qalan "Bursaspor" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.