Yığmamız Avropa çempionatında Şimali Makedoniyaya da uduzdu

 Yığmamız Avropa çempionatında Şimali Makedoniyaya da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma dünən hava şəraitinə görə təxirə salınan matçda Şimali Makedoniya futbolçularına uduzub - 1:3.

“Mladost” stadionunun meydançasının yararsız vəziyyətə düşdüyündən görüş Qoran Pandev Məşq Kompleksində təşkil edilib.

Xatırladaq ki, komandamız qrupun ilk duelində Sloveniyaya da məğlub olmuşdu (0:2).

Yığmamızın son qarşılaşması dekabrın 1-də Gürcüstan seçməsinə qarşı olacaq.