Milli komandamız Sloveniyada darmadağına məruz qaldı - 0:6

Milli komandamız Sloveniyada darmadağına məruz qaldı - 0:6

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirində üçüncü oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, U-19 sonuncu matçında Polşanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Çatej" stadionunda keçirilən görüş rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz ilk iki görüşdə İslandiya və Farer adaları yığmaları üzərində 2:1 hesablı qələbə qazanıb.