"Tottenhem"dən ayrılan Son ABŞ təmsilçisi ilə müqavilə imzaladı

Cənubi Koreyalı futbolçu Son Hın Min ABŞ klubu "Los-Anceles"ə keçib.
"Mediasport" xəbər verir ki, 33 yaşlı vinger MLS təmsilçisi ilə 2027-ci il dekabrın 31-dək müqavilə imzalayıb.
Son Hın Min 10 il ərzində "Tottenhem"də ümumilikdə 454 oyuna çıxıb, 173 qol vurub.
Xatırladaq ki, forvard ötən mövsüm paytaxt klubu ilə UEFA Avropa Liqasının qalibi olub.