Millimizin futbolçusu yayda "Srvena Zvezda"ya qayıda bilər

Millimizin futbolçusu yayda "Srvena Zvezda"ya qayıda bilər

“Qrafiçar” (Serbiya) U-19 komandasında çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin forvardı İslam Həsənovu birdəfəlik transfer etmək istəyir.

"Mediasport" xəbər verir ki, hücumçu bu barədə "Azərtac"a danışıb.

Onun sözlərinə görə, “Qrafiçar” yayda yeni müqavilə təklif etməyə hazırlaşır:

“Klub rəhbərliyi performansımdan razı qaldığı üçün məni komandada saxlamaq istəyir.

Lakin müqavilə əsasında məxsus olduğum "Srvena Zvezda" özümü yaxşı tərəfdən göstərəcəyim halda bu qış və ya yayda komandaya qaytaracağını söyləyib. Hələlik rəsmi anlaşma yoxdur”.

İslam Həsənov oyun praktikası qazanmaq üçün bu ilin əvvəlində "Srvena Zvezda"dan icarə əsasında “Qrafiçar”a keçib.