Yığmamızın UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşdi

Yığmamızın UEFA Millətlər Liqasında rəqibləri müəyyənləşdi

UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılıb.

"Mediasport" xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək tədbirdə D Liqasına yuvarlanmış Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız 2-ci qrupda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.

Komandamız rəqibləri ilə ev-səfər prinsipi ilə 4 oyun keçirəcək.

Turnirdə yeni mövsüm sentybarın 24-də start götürəcək.