Vüqar Kərəmovun növbəti döyüşünün vaxtı açıqlandı

 Vüqar Kərəmovun növbəti döyüşünün vaxtı açıqlandı

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin" turnirində  növbəti döyüşünü keçirəcək.

"Mediasport" xəbər verir ki, "Qəbələ" İdman Klubunun üzvü Yaponiya təmsilçisi Syuya Kimura ilə qarşılaşacaq.

Döyüş iyunun 14-də Yaponiyanın Sapporo şəhərində baş tutacaq.

Təmsilçimiz qalib gələcəyi təqdirdə kəmər uğrunda döyüşmək hüququ qazanacaq.

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsində keçirdiyi 9 döyüşün 6-da qələbə qazanıb.

İdmançımızın ümumilikdə aktivində 26 qarşılaşmada 20 qalibiyyəti var.