"UFC Fight Night": Bakıdakı yarışın biletləri bu tarixdə satışa çıxarılır

  "UFC Fight Night": Bakıdakı yarışın biletləri bu tarixdə satışa çıxarılır

Dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC-nin Bakıda keçiriləcək turniri üçün nəzərdə tutulan biletlər mayın 15-də, saat 10:00-dan etibarən satışa çıxarılacaq.

"Mediasport" xəbər verir ki, "UFC Fight Club" üzvləri mayın 13-də, saat 10:00-da biletlərini əldə edə bilərlər.

Biletləri "iTicket" vasitəsilə satışa təqdim olunacaq.

Rafael Fiziyev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb.

Onun rəqibi Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.