Rafael Fiziyev martda Qeycidən revanş ala bilər - Tarix məlum oldu

Rafael Fiziyev martda Qeycidən revanş ala bilər - Tarix məlum oldu

Azərbaycanlı döyüşçü Rafael Fiziyevin "UFC 313" yarışında növbəti rəqibi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 32 yaşlı idmançı növbəti dəfə ABŞ təmsilçisi Castin Qeyci ilə üz-üzə gələcək.

ABŞ-ın Las-Veqas şəhərindəki "T-Mobile Arena"da keçiriləcək döyüş martın 9-da baş tutacaq.

Xatırladaq ki, 2023-cü ilin martında "UFC286" yarışında Qeyci qalib gəlib.

Fiziyev indiyədək keçirdiyi döyüşlərin 12-də qələbə qazanıb, 3 dəfə məğlub olub.