"Qonaqpərvər Azərbaycanda yalnız qələbə" - Həbib Nurməhəmmədov

"Qonaqpərvər Azərbaycanda yalnız qələbə" - Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC - Ultimate Fighting Championship) yüngül çəkidə keçmiş çempionu Həbib Nurməhəmmədov Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi UFC turniri ilə bağlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, Bakıdakı turnirdə döyüşəcək Tagir Ulanbekovun məşqçisi olan 36 yaşlı rusiyalı idmançı instaqram hesabında Azərbaycana yalnız qələbə üçün gələcəklərini bildirib.

Paylaşımda “Qonaqpərvər Azərbaycana Tagir Ulanbekovla birlikdə gələcəyik. Yalnız qələbə” sözləri qeyd olunub.

Qeyd edək ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.