Gəncə klubu baş məşqçi ilə başa çatan müqaviləni yeniləmədi

 Gəncə klubu baş məşqçi ilə başa çatan müqaviləni yeniləmədi

Qadınlar voleybolçulardan ibarət "Gəncə" komandası baş məşqçisi Sergey Çasnavitski ilə yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, tərəflər arasında müqavilə yenilənməyib.

Xatırladaq ki, "Gəncə" 2024/2025-ci illər mövsümündə Azərbaycan Kubokunda gümüş medal qazanıb, Yüksək Liqada dördüncü yeri tutub.