Voleybolçularımız Türkiyədəki açıq çempionatda mübarizə aparacaqlar

  Voleybolçularımız Türkiyədəki açıq çempionatda mübarizə aparacaqlar

Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 4-7 sentyabrda Mersində keçiriləcək "Pro Beach Tour Mersin" açıq çempionatında qüvvələrini sınayacaqlar. 

Yarışda Azərbaycanı Xədicə Hadızadə - Cəmilə Bəşirova və İbrahim Məmmədov - Muhammad Aslanlı cütlükləri təmsil edəcəklər. Komandalara müvafiq olaraq, Nihad Tarverdiyevlə Atvars Vilde rəhbərlik edəcəklər.