Yığmamız Sloveniyaya yollandı

 Yığmamız Sloveniyaya yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.

"Mediasport" xəbər verir ki, komandamız bu məqsədlə Sloveniyaya yola düşüb. 

Yığmamız burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq.

Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı isə mayın 24-dək davam edəcək.

Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi nəzərdə tutulub. Komandamızın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.

Qeyd edək ki, yığmamız ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.