"Kəpəz"də yeni dönəm başlandı!

"Kəpəz"də yeni dönəm başlandı!

Premyer Liqa təmsilçisi "Kəpəz"də İdarə Heyətinin yeni rəhbəri və üzvlərinin adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, Namiq Qədirov İdarə Heyətinin sədri seçilib.

Gəncə klubunda İdarə Heyəti sədrinin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə, idman məsələləri üzrə müşaviri isə Erkin İbrahimov olacaq.

Yeni rəhbərlik Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olublar.

Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər. Onlar həmçinin məşq prosesini izləyiblər.