"Zirə"də yeni məşqçi - Rəşad Sadıqovun köməkçisi olacaq

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, 32 yaşlı mütəxəssis bundan sonra əsas komandanın məşqçilər korpusunda yer alacaq.
UEFA B kateqoriyalı mütəxəssis bunadək "qartallar"ın akademiyasında çalışıb.
Azərbaycan millisinin sabiq futbolçusu 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib və komandanın kapitanı olub.