"Qarabağ" ŞOK yaşadı - Nəriman "Benfika"ya qarşı oynamayacaq

UEFA Çempionlar Liqasında Liqa mərhələsinə hazırlaşan "Qarabağ" şok itki ilə üzləşib.
"Mediasport" xəbər verir ki, bu gün Azərbaycan millisinin heyətindən çıxarılan Nəriman Axundzadə təxminən 1 aylıq sıradan çıxıb.
Ağdam klubunun mətbuat katibi Anar Hacıyevin verdiyi məlumata görə, forvard 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq.
Baldır əzələsi gərilən 21 yaşlı hücumçu komandasının "Benfika" ilə görüşündə meydana çıxa bilməyəcək.
Xatırladaq ki, "köhlən atlar"ın Portuqaliya nəhəngi ilə qarşılaşması sentyabrın 16-da səfərdə olacaq.