Abdullayev keçmiş komanda yoldaşını özünə köməkçi götürdü
1-ci Liqada yarışan "Səbail"in baş məşqçisi Elnur Abdullayevin köməkçiləri məlum olub.
"Mediasport" xəbər verir ki, mütəxəssislə birlikdə "Xəzər Lənkəran", "Sumqayıt", "Kəpəz"də birlikdə oynamış Kamran Abdullazadə köməkçi təyin edilib.
Abdullayevin digər köməkçisi Əlimirzə Daşzərini olacaq.
Ramin Tağıyev fiiziki hazırlıq, Babək Allahverdiyev isə qapıçı məşqçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, "Səbail" 2026/27 mövsümündə Quba şəhərini təmsil edəcək.


