"Sabah"ın "Borussiya" ilə matçını La Liqa hakimləri idarə edəcəklər

"Sabah"ın "Borussiya" ilə matçını La Liqa hakimləri idarə edəcəklər

Oktyabrın 20-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Borussiya" Dortmund (Almaniya) oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Xavyer Alberola Roxasın yan xətlərdə köməkçiləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes olacaqlar.

Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.

VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.

Görüş saat 20:45-də start götürəcək.