"Neftçi" və "Sabah"ın sabiq futbolçusu 1-ci Liqa klubunda
1-ci Liqada yarışan “Şahdağ Qusar” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, şimallılar Məqsəd İsayevi transfer ediblər.
Cinah oyunçusu ilə 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 32 yaşlı futbolçunun son klubu “Kəpəz” olub.
O, karyerası ərzində “Neftçi”, “Keşlə” (indiki “Şamaxı”), “Sabah”, “Səbail”, “Qəbələ” və “Zirə”də forma geyinib.

