Azərbaycandan "Qarabağ", "Sabah", "Zirə", sonra "Neftçi" - Yeni reytinq
Azərbaycanın futbol klublarının UEFA-nın reytinq sıralamasında mövqeyi yenilənib.
"Mediasport" xəbər verir ki, siyahıda ən yüksək pillədə qərarlaşmış təmsilçimiz "Qarabağ"dır.
Ağdam klubu 60-cıdır.
Xüsusən cari mövsüm avrokuboklarda uğurlu nəticələrlə 16 pillə irəliləyən "Sabah" 131-ci yerə qalxıb.
"Zirə" 222-ci, "Neftçi" 265-ci, "Araz-Naxçıvan" 298-ci, "Sumqayıt" 299-cu, "Qəbələ" isə 300-cü sırada yer alıb.
Planetin 427 klubunun olduğu reytinq cədvəli son 5 mövsümün nəticələrinə əsasən tərtib edilib.

