"Ümid edirəm ki, "Fənərbaxça" "Sabah"dan nümunə götürəcək"

"Ümid edirəm ki, "Fənərbaxça" "Sabah"dan nümunə götürəcək"

"Sabah”a afərin. Bu klubun məşqçilər heyətini, oyunçularını, klub prezidentini və rəhbərliyini təbrik edirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri Türkiyə milli komandasının keçmiş futbolçusu Nihat Kahveci deyib.

Ötənlərin məşhur oyunçusu eksperti olduğu yutub kanalında yayımlanan podkastda "Sabah"ın UEFA Çempionlar Liqasında uğurlu çıxışını "Fənərbağça"ya nümunə göstərib.

"Azərbaycanlı futbol azarkeşlərini də təbrik edirəm. Qeyd etmək istərdim ki, "Slaviya" gələn həftə İstanbula "Fənərbaxça" ilə oyun üçün gələcək.

Ümid edirəm ki, "Fənərbaxça" "Sabah"dan nümunə götürəcək və Çexiya komandasından üç xal ala biləcək".

Xatırladaq ki, "Sabah" əsas raundun ikinci turu çərçivəsində Bakıda "Slaviya"nı (Çexiya) 2 cavabsız qolla məğlub edib.