Elvin fərdi məşqlərə başladı
“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev zədədən sonra bərpa prosesində növbəti mərhələyə başlayıb.
"Mediasport" xəbər verir ki, müdafiəçi artıq individual məşqlərə qoşulub.
Qeyd edək ki, milli üzvü avqustda UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin Kiyev “Dinamo”su ilə Bakıdakı oyununda zədələnib.
23 yaşlı cinah oyunçusu sentyabrın əvvəlində Finlandiyada ayağından əməliyyat olunub.

