"Nəticəni dəyişə biləcəyimizə inanırdıq" - ŞAHRUDDİN
“Neftçi” bu gün yaxşı oynadı. Şükürlər olsun ki, uduzmadıq və bir xal qazana bildik. Buna görə sevincliyik. Ümid edirəm ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
Qolkiper Azərbaycan Premyer Liqasının VIII turunda “Neftçi” ilə 3:3 hesablı başa çatan oyunu şərh edib:
"Nəticəni dəyişə biləcəyimizə inanırdıq. Komandamızda çox yaxşı futbolçular var. Bir qədər də şansımız gətirdi və hesabı bərabərləşdirdik”.
O, çempionatda rəqabətin çətinləşdiyini vurğulayıb:
"Hazırda çempionatda vəziyyət bir qədər çətindir. Görürsünüz ki, komandalar 11 legionerlə oynaya bilirlər.
Dünyada da vəziyyət belədir. İngiltərə çempionatına baxsanız, orada da çoxlu legioner futbolçu var.
Məncə, bəzi azərbaycanlı futbolçular 100 faiz əcnəbi oyunçulardan daha güclüdürlər.
“Neftçi”nin heyətində də legionerlər çoxdur və əsasən onlar oynayırlar".

