AFFA rəsmisi ÇL-in "Bavariya" - "Çelsi" matçına təyinat aldı

 AFFA rəsmisi ÇL-in "Bavariya" - "Çelsi" matçına təyinat aldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Sentyabrın 17-də Münhen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.